Təhlükəsizliklə bağlı əlavə məlumat
Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər.
Onları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
İş mühiti
İstənilən ərazıdə qüvvədə olan xüsusi qaydalara riayət
edin və cihazın istifadəsi qadağan edildiyi yerlərdə və ya
istifadə maneçilik və ya təhlükə yarada biləcəyi hallarda
cihazı söndürün. Cihazı yalniz normal iş vəziyyətində istifadə
edin. Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda,
həmçinin bədəndən ən azı 2.2 santimetr (7/8 düym)
məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər
göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Bədən
üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı və tutacaq
istifadə edilirsə bu əşyalarda metal olmamalı və cihaz
bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz
şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda
70
Tə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
belə əlaqə təmin edilməyincə faylların və ya mesajların
göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə
qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə
riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə
bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın
yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların
işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi
qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və
istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına
müraciət edin. Tibb müəssisələrində tələb olunduqda
telefonu söndürün. Xəstəxanalar və tibb müəssisələri xarici
RF enerjisinə həssas olan avadanlığı istifadə edə bilər.
71
Tə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
Kardiostimulyator
Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki,
kardiostimulyatora potensial müdaxiləni istisna etmək üçün
simsiz telefonla kardiostimulyator arasında ən azı 15.3 sm
(6 düym) məsafə saxlanılmalıdır. Bu tövsiyyələr Simsiz
Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları
və tövsiyyələri ilə uyğundur. Kardiostimulyator daşıyan şəxslər:
● həmişə cihazı kardiostimulyatordan 15.3 sm (6 düym)
aralı saxlamalıdırlar
● Cihazı döş cibində daşımayın
● müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün
cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə
tutmalıdırlar.
Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən
aralandırın.
Qulaq aparatları
Müəyyən qulaq aparatları müəyyən rəqəmli simsiz cihazlara
müdaxilə edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət
provayderinizdən məsləhət alın.
72
Tə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya
düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi
sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri,
elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri
kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat
üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın
istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə
bilər və cihazı avtomobildə quraşdıra bilər. Qüsurlu
quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza
tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə
səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz
avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi
olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı
maddələri cihazın, onun hissələrinin və aksesuarlarının
daşındığı bölmədə saxlamayın və daşımayın. Hava kisəsi
ilə təchiz edilmiş avtomobillərlərlə bağlı unutmayın ki, hava
kisələri böyük güclə şişirdilir. Hava kisəsinin olduğu və ya
açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya
daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində
73
Tə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
simsiz avadanlığın düzgün quraşdırılmaması və hava
kisəsinin şışməsi ciddi xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir.
Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz
telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və
qeyri-qanuni ola bilər.
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün
və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial
partlayıcı atmosferi olan ərazı adətən avtomobilinizin
mühərrikinin söndürülməsi tövsiyyə edilər ərazıni əhatə edir.
Belə ərazilərdə qığılcımlar partlamaya və ya yanğına səbəb
olur və bədən xəsarəti və ya hətta ölümlə nəticələnir. Telefonu
xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq
stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və
paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış
əməliyyatları keçirilən ərazılərdə məhdudiyyətlərə riayət edin.
Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasada
çox vaxt aşkar qeyd edilirlər. Bu qeydlər gəmilərin aşağı
74
Tə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
göyərtələrində, kimyəvi preparatları daşıyan və saxlayan
avadanlıqda, mayeləşdirilmiş neft qazını (propan və butan
kimi) istifadə edən avtomobillərdə və havasında kimyəvi
preparatlar və dənəcik, toz və ya metal toz kimi hissəciklər
olan ərazilərdə göstərilir.
Təcili yardım zəngləri
Zəruri məlumat: Bu cihaz da daxil olmaqla
simsiz telefonlar radio siqnalları, simsiz
şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və
istifadəçi üçün proqramlaşdırılmış funksiyaları
istifadə edərək işləyir. Bununla bağlı olaraq hər
bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz.
Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün
Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq
siqnal intensivliyini yoxlayın.
75
Tə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
Müəyyən şəbəkələr qüvvədə olan SİM kartın cihaza
düzgün salınmasını tələb edə bilər.
2. Ekranı təmizləmək və başlanğıc vəziyyətə qayıtmaq üçün
son düyməsini tələb olunan qədər basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil
edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq
fərqlənir.
4. Zəng düyməsini basın.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən
əvvəl həmin elementlərin söndürülməsi tələb oluna
bilər. Cihaz avtonom və ya uçuş rejimində olduqda təcili
zəngdən əvvəl telefonu işə salmaq üçün həmin prifillər
dəyişdirilməlidir. Daha ətraflı məlumat üçün bu təlimata və ya
xidmət provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün
qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız
yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək
zəngi bitirməyin.
76
Tə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
Sertifikatlaşdırma məlumatı (SAR)
BU MOBIL QURĞU RADIODALĞALARIN TƏSIRI HAQDA
RƏHBƏR TƏLIMAT TƏLƏBLƏRINI ÖDƏYIR.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir.
Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş
radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Bu təlimat müstəqil
elmi təşkilat (ICNIRP) tərəfindən tərtib edilib və yaşından,
sağlamlığından asılı olmayaraq, bütün şəxslərin müdafiəsini
təmin edəcək təhlükəsizlik həddini nəzərə alır.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya
Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi istifadə edilir.
ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi
2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. XAD
üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında
cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı
ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən
qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola
bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün
enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri
77
Tə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər
yaxın məsafədə olmağınızdan asılıdr. Bu cihazın qulaqda
istifadəsi zamanı sınaqdan keçirilərkən ən yüksək XAD
dərəcəsi 0.68 V/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR
dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və
şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri fərqlənə
bilər. SAR barədə əlavə məlumat mal haqda məlumatın
ardınca www.nokia.com saytında verilə bilər.