Batareyanın doldurulması bə
boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.
Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın iki və ya
üç tam doldurulma və boşaldılma dövründən sonra icra
edilir. Batareya yüz dəfələrlə doldurula və boşaldıla bilər,
lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə
rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı
dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları
istifadə edin və batareyanızın doldurulması üçün yalnız
Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə
tutulmuş batareya dolduran qurğuları istifadə edin.
Dəyişdirilmiş batareya ilk dəfə telefona qoşulursa, yaxud
uzun müddət işlənilməyibsə, onu adapter vasitəsilə elektrik
cərəyanına qoşun və sonra ayırın və yenidən enerji toplamaq
üçün elektrik cərəyanına qoşun.
60
Ba t a r e y a h a q q ı n d a m ə l u m a t
Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik
rozetkadan və telefondan ayırın. Tam doldurulmuş
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki
normadan artıq batareyanın doldurulması onun istehlak
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş
batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması
indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir
neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç
vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu
istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa
qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar
birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində
metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat
batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş
verə bilər. Terminalların qısa qapanması batareyaya və ya
əlaqədə olan əşyaya zərər verə bilər.
61
Ba t a r e y a h a q q ı n d a m ə l u m a t
Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti
və soyuq yerdə saxlanılması batareyanın keyfiyyətinə və
istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və
25°C (59°F and 77°F) arasında olan hərarət dərəcəsində
saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta
tam doldu olsa belə müvəqqəti işləyə bilmir. Batareyanın
iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə
xüsusilə məhdud olur.
Partlamaya səbəb ola biləcəyi üçün batareyaları oda
atmayın. Batareyalar zədələndikdə də partlamaya səbəb ola
bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin.
Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə
edin. Ev tullantısı kimi atmayın.